Otel, restoran və kafe sektorunda yaxşı düşünülmüş bir plan təqdim etdiyiniz xidmətlərin keyfiyyətini, müştəri məmnuniyyətini və gəlirləri artıra bilər. Müəssisəniz üçün uyğunlaşdırılmış uğurlu bir layihə strategiyası yaratmaq üçün növbəti addımlar mütləqdir:
Marketinq araşdırması
Trendlərin müəyyənləşdirilməsi: otellər üçün eko turizm, davamlı təcrübələr və ya rəqəmsal konsyerj xidmətləri ola bilər. Restoranlar bitki mənşəli yeməklər, kafelər isə xüsusi qəhvə meylləri və ya unikal qəhvə hazırlanma üsulları ilə fərqlənə bilərlər.
Rəqiblərin analizi: təkliflərinizi fərqləndirmək üçün rəqib analizin aparılması.
Auditoriyanın müəyyən edilməsi: hədəf auditoriyanın demoqrafiyasının, üstünlüklərinin və davranışlarının öyrənilməsi.
Vizyonun və hədəflərin müəyyənləşdirilməsi
SMART məqsədlər: konkret, ölçülə bilən, əldə edilə bilən, uyğun və zamana bağlı olan hədəflərin qoyulması.
Vizyonun müəyyən edilməsi: uzunmüddətli istəklərinizi və əsas dəyərlərinizi əks etdirən vizyonyn hazırlanması.
Strategiyanın hazırlanması
Fərdiləşdirilmiş xidmətlər: fərdi üstünlükləri nəzərə alan fərdi xidmətlərin tətbiqi (otel otaqlarında fərdi imkanlar, restoranlarda fərdi yeməklər və s).
Texnologiya inteqrasiyası: işi optimallaşdırmaq və qonaq təcrübəsini yaxşılaşdırmaq mobil qeydiyyat, rəqəmsal menyular və loyallıq proqramlarının hazırlanması.
Menyu və xidmət yeniliyi
Menyunun yeniləməsi: mövsümi məhsullarla, yemək meyllərinə və müştəri rəylərinə uyğun olaraq menyunu mütəmadi yenilənməsi.
Üstün xidmət: təkrar ziyarətləri və müsbət rəyləri stimullaşdıran unudulmaz təcrübələr yaratmaq məqsədilə işçilərə daim müstəsna xidmət göstərməyin öyrədilməsi.
Monitorinq və qiymətləndirmə
Əsas performans göstəricilərin (KPI) monitorinqi: strategiyanızın effektivliyini qiymətləndirmək üçün müştəri məmnuniyyəti ölçümləri, gəlir artımı və onlayn icmallar kimi əsas performans göstəricilərin izlənilməsi.
Müştəri rəyi: xidmətlərinizi daim yaxşılaşdırmaq üçün müştəri rəylərinin təşviq edilməsi və onlara cavab verilməsi. Yüksək xidmət standartlarını qorumaq üçün mütəmadi olaraq təlim və kadr hazırlığı proqramlarının həyata keçirilməsi.
Daha ətraflı məlumat almaq üçün mənimlə əlaqə saxlayın!